UEFA-dan ilk: oyunu qadın hakim idarə edəcək

“Çelsi” və “Liverpul” arasında keçiriləcək UEFA Superkuboku oyununu qadın hakim idarə edəcək.

Sportline.az xəbər verir ki, bu haqda qitəninin ali futbol qurumunun saytı məlumat yayıb. Matç Fransa Futbol Federasiyasından Stefani Frapparta həvalə olunub.  Bununla da tarixdə ilk dəfə olaraq UEFA turnirində kişilərdən ibarət turnirin matçını qadın hakim idarə edəcək. 

35 yaşlı fransalı hakim bundan əvvəl “Liqa 1”da keçirilən “Amyen” - “Strasburq” oyununda hakimlər briqadasında yer alıb. Baş hakimin köməkçiləri də qadınlar - Manuela Nikosi və Mişel O`Nil (hər ikisi İrlandiya) olacaq. Yalnız dördüncü hakim vəzifəsini kişi referi - türkiyəli Cüneyt Çakır icra edəcək.

Qeyd edək ki, UEFA Superkubokunun oyunu avqustun 14-də İstanbulun “Beşiktaş Park” stadionunda keçiriləcək.