UEFA-dan "Liverpul"a cərimə

UEFA “Liverpul”u cərimələyib.

Sportline.az xəbər verir ki, buna “Zalsburq”la Çempiolar Liqasının matçından (4:3) sonra bir neçə ingilis azarkeşin futbolçulardan forma alması üçün meydançaya girməsi səbəb olub.

Bu hadisə cari mövsümdə “Enfild”də ilk dəfə qeydə alındığından qitənin futbol qurumu “Liverpul”u 5 min avro cərimə edib.