UEFA-dan Mxitaryanın Bakıya gəlişi haqda məlumat

AFFA İngiltərə "Arsenal"ının erməni futbolçusu Henrik Mxitaryanın Bakıdakı Avropa Liqasının finalında iştirak üçün Azərbaycana gəlişində heç bir problemin olmayacağını UEFA-ya bildirib. 

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən TASS-a bildirilib. 

Qeyd olunub ki, UEFA-nın digər ölkələrdəki oyunlarına qatılmaq üçün futtbolçular üçün viza almaq barədə futbol assosiasiyalarına, klublarına və səfirliklərinə məktub göndərilməsi standart qaydadır.

"Bu baxımdan, UEFA ilə "Arsenal" təsdiq tələb edib və AFFA bunu təsdiqləyib. Bu futbolçu üçün heç bir problem olmayacaq və təhlükəsizlik üçün lazımi tədbirlər görüləcək", - UEFA-nın bəyanatında vurğulanıb. 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.