UEFA-dan "Qəbələ"yə vəsait ayrıldı

UEFA, Gənclər Liqasındakı çıxışına görə "Qəbələ" klubuna ödəniş edib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Gənclər Liqasının 2018/2019-cu il mövsümünün ödəniş siyasətinə uyğun olaraq, qeyd olunan turnirin ikinci mərhələsində müvafiq komandası iştirak etmiş “Qəbələ” klubunun hesabına səyahət və yerləşmə ödənişi olaraq 25 min avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Qeyd edək ki, "Qəbələ"  UEFA Gənclər Liqasının birinci mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində mübarizədən kənarlaşdırıb - 1:1, 3:1. Komanda ikinci mərhələdə "Herta"ya uduzaraq (0:1, 1:3) turnirlə vidalaşıb.