UEFA-dan "Skenderbeu"ya 10 illik cəza

Albaniyanın "Skenderbeu" klubuna ağır cəza verilib. SportLine.az xəbər verir ki, UEFA klubu 10 il müddətinə avrokuboklardan kənarlaşdırıb.

Albaniya mətbuatının yaydığı xəbərə görə, buna klubun danışılmış oyunlarda iştirakı səbəb olub. UEFA-nın apardığı araşdırmaların ardından "Skenderbeu"nun 50-dən çox danışılmış oyunda iştirakı təstiqlənib. 

Klubun 2015/2016-cı il mövsümündəki çempionluğu da əlindən alınıb. Həmçinin, 1 milyon avroluq cərimə kəsilib.

Bu, UEFA-nın danışılmış oyunlara görə qəbul etdiyi ən ağır cəza kimi tarixə düşüb.

Qeyd edək ki, bundan öncəki qərara əsasən, "Skenderbeu" bir il müddətinə avrokuboklardan kənarlaşdırılmışdı.