UEFA hakimlərimizin kateqoriyalarını açıqladı

UEFA beynəlxalq dərəcəli hakimlərin 2019-cu ilin ikinci yarısı üçün kateqoriyalarını açıqlayıb.

Sportline.az xəbər verir ki, bu dərəcələr 2019-20 mövsümünün gələn ilin yanvar ayının 1-dək olan hissəsində təyinatlar zamanı nəzərə alınacaq.

Həmçinin azərbaycanlı hakimlərin də dərəcələri müəyyənləşib. Ən yüksək reytinqə malik referimiz Əliyar Ağayev yenə 1-ci kateqoriyada olacaq. Rauf Cabbarov və Rəhim Həsənov isə 3-cü kateqoriyalı hakim kimi oyunlara təyinat alacaqlar.

Qeyd edək ki, Elit kateqoriyasına 26, 1-ci kateqoriyaya 48, 2-ciyə 93, 3-cüyə isə 107 hakim daxil edilib.