UEFA İcraiyyə Komitəsinin iclası ilk dəfə Bakıda
UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 29-da Bakıda keçiriləcək.
SportLine.az xəbər verir ki, toplantı Avropa Liqasının Bakı Olimpiya Stadionundakı final matçı ərəfəsində təşkil ediləcək. Azərbaycanda ilk dəfə təşkil olunacaq iclasın yeri və gündəliyi hələlik açıqlanmayıb.