UEFA Millətlər Liqası: İsveçrə millisinin mətbuat konfransı

Bu gün UEFA Millətlər Liqasında pley-of mərhələsi başlanacaq.

Sportline.az xəbər verir ki, A Divizionun yarımfinalında Portuqaliya millisi İsveçrə seçməsi ilə qarşılaşacaq.

İsveçrə komandası Belçika və İslandiya millilərinin olduğu 2-ci qrupu 1-ci pillədə bitirib. Kollektivin baş məşqçisi Vladimir Petkoviç rəqibin heyətində Kriştiano Ronaldunu xüsusi fərqləndirib.

“Portuqaliya güclü komandadır. Onlar 2016-cı ildə Avropa çempionu olmuşdular. Rəqibimizin heyətində Ronaldu kimi fantastik futbolçu var. Bizim üçün çətin olacaq. Amma biz bura məğlub olmağa yox, qələbə qazanmağa gəlmişik. Sərfəli nəticə üçün futbolçularımız əllərindən gələni edəcəklər”.

Qeyd edək ki, Portuqaliya – İsveçrə yarımfinalı Portu şəhərinin “Draqao” stadionunda olacaq. Görüş Bakı vaxtə ilə saat 22:45-də başlanacaq.