UEFA Millətlər Liqası: Portuqaliya millisinin mətbuat konfransı

Bu gün UEFA Millətlər Liqasında pley-of mərhələsi başlanacaq.

Sportline.az xəbər verir ki, A Divizionun yarımfinalında Portuqaliya millisi İsveçrə seçməsi ilə qarşılaşacaq.

Portuqaliya millisi UEFA Milətlər Liqasında A Divizionun 3-cü qrupunu lider kimi bitirib. Fernandu Santuşun komandası qrupda İtaliya  və Polşa komandaları ilə mübarizə aparıb. Portuqaliya kollektivi oyuna hazırlığı yekunlaşdırıb. Komandanın baş məşqçisi Fernandu Santuş oyun ərəfəsində mətbuat konfransında yerli azarkeşləri sevindirmək niyyətində olduğunu bildirib.

 “Hər titul bizim üçün önəmlidir. Biz UEFA Millətlər Liqasının qalibi kimi Avropa çempionatına yollanmaq arzusundayıq. Biz 2016-c ildə qitənin ən güclüsü olduq. Bu dəfə də iddialıyıq. Portuqaliya xalqını qələbələr bəxş etmək bizim işimizdir və işimizin öhdəsindən layiqincə gələcəyimizə inanıram. İsveçrə millisi ilə oyuna tam hazırıq. Azarkeşləri sürəyli oyun gözləyir”.

Qeyd edək ki, Portuqaliya – İsveçrə yarımfinalı Portu şəhərinin “Draqao” stadionunda olacaq. Görüş Bakı vaxtə ilə saat 22:45-də başlanacaq.