UEFA milli komandanın oyunu ilə bağlı intizam işi açdı

UEFA AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turunda keçirilən Rumıniya – İsveç oyunu ilə bağlı intizam işi açıb.

Sportline.az xəbər verir ki, buna səbəb, oyun zamanı yerli azarkeşlərin İsveç millisinin üzvü Aleksandr İsaka qarşı irqçi şüarlar səsləndirməsidir. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın 78-ci dəqiqəsində meydana girən 20 yaşlı hücumçu yerli azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb və hakim oyunu bir müddətlik dayandırıb.

Rumıniya – İsveç matçında qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.