UEFA mükafat məbləğlərini açıqladı

UEFA növbəti mövsüm üçün Çempionlar Liqası və Avropa Liqasının mükafat fondunu təstiqləyib. 

SportLine.az qurumun saytına istinadən mükafat fondu barədə məlumatları diqqətinizə çatdırır.

Çempionlar Liqası üçün:

İlkin mərhələdə iştirak üçün - 230 min avro
Birinci mərhələdə iştirak üçün - 280 min avro
İkinci mərhələdə iştirak üçün - 380 min avro
Üçüncü mərhələdə iştirak üçün - 480 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 5 milyon avro

Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma ÇL-in qrupuna düşən komandaların hər birinə 15,25 milyon avro veriləcək.

Qrupda qələbə üçün – 2,7 milyon avro

Heç-heçə üçün – 900 min avro

1/8 finala çıxdığı üçün – 9,5 milyon avro
1/4 finala çıxdığı üçün – 10,5 milyon avro
1/2 finala çıxdığı üçün – 12 milyon avro
Finala çıxdığı üçün – 15 milyon avro

Finalın qalibi əlavə 4 milyon avro qazanacaq

Avropa Liqası üçün:

İlkin mərhələdə iştirak üçün – 220 min avro
Birinci mərhələdə iştirak üçün –  240 min avro 
İkici mərhələdə iştirak üçün - 260 min avro
Üçüncü mərhələdə iştirak üçün – 280 min avro
Pley-off mərhələsində mübarizəni dayandırdığına görə – 300 min avro

Pley-off qalibləri üçün xüsusi mükafat nəzərdə tutulmur. Amma əgər onlar mübarizəyə ilkin mərhələlərdən başlayıblarsa, onlara əlavə mükafat veriləcək

AL-in qrupunda iştirak edəcək 48 komandanın hər biri üçün 2,62 milyon avro ayrılıb

Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro
Qrupun qalibi üçün – 1 milyon avro
Qrup ikincisi üçün – 500 min avro
1/16 finalda iştirak üçün – 500 min avro
1/8 finalda iştirak üçün – 1,1 milyon avro
1/4 finalda iştirak üçün – 1,5 milyon avro
1/2 finalda iştirak üçün – 2,4 milyon avro
Finalda iştirak üçün – 4,5 milyon avro

Finalın qalib əlavə 4 milyon avro qazanacaq

Qeyd edək ki, 2018/2019-cu il mövsümündə Azərbaycanı Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında isə "Qəbələ", "Neftçi" və "Keşlə" təmsil edəcək.