UEFA-nın prezidenti seçildi

Bu gün UEFA-da prezident seçkisi keçirilib.

Sportline.az qitənin ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın hazırkı rəhbəri Aleksandr Çeferin ikinci dəfə prezident seçilib.

Çeferinin vahid namizəd olduğu və bu səbəbdən formal xarakter daşıyan seçkidə UEFA-ya üzv olan bütün (55) milli assosiasiyalar, o cümlədən, AFFA sloveniyalı futbol funksionerinə səs verib.

Qeyd edək ki, 2016-cı ildən UEFA-ya rəhbərlik edən Çeferin 2019-2023-cü illərdə də qurumun prezidenti olacaq.