UEFA-nın yeni reytinqində klublarımızın mövqeyi
Avroliqanın 1/4 final mərhələsinin ötən gecəki cavab oyunlarından sonra klubların yeni reytinq siyahısı açıqlanıb.
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın mövqeyi dəyişməyib.
Ağdam klubu 20.500 xalla BATE (Belarus) və “Yanq Boyz”u (İsveçrə) qabaqlayır.
Digər klublarımızın da mövqeyində dəyişiklik yoxdur. “Qəbələ” aktivindəki 5.250 xalla “Voyvodina” ilə 191-ci pilləni bölüşür. “Neftçi, “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3.825 xalla 244-256-cı yeri bölüşən 13 komanda arasında yer alıb.
Qeyd edək ki, son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən siyahının lideri 153,000 xalla Madrid “Real”ıdır.