UEFA nümayəndələrinin Bakıya növbəti səfəri

UEFA nümayəndələrinin Bakıya səfəri başlayıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, səfər Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində gerçəkləşib.

Bu, UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəridi. Fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media  və sair  məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.