UEFA prezidenti Bakıdakı finaldan danışıb

UEFA prezidenti Aleksandr Çeferin Almaniyanın nüfuzlu Der Şpigel nəşrinə müsahibə verib.

Sportline.az xəbər verir ki, o, “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsindən də danışıb.

Çeferin bildirib ki, Mxitaryanın fikirləri Fransada “Avro-2016”nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir. “Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa gələcəkdə heç nə təşkil edə bilməyəcəyik” - Çeferin belə deyib.