UEFA PSJ ilə bağlı araşdırmaya başladı

UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində keçirilən PSJ - "Real" oyunu ilə bağlı araşdırmaya başlayıb.

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, ali futbol qurumunun parisli azarkeşlərin oyun vaxtı yandırdıqları məşəllərə görə PSJ-ni cərimələyəcəyi gözlənilir. 

Qeyd edək ki, həm oyun ərzində, həm də oyundan sonra fransalı futbol fanatları stadion və onun ətrafında da ixtişaşlar törədiblər.