UEFA "Qarabağ"ın futbolçusunu fərqləndirdi
UEFA "Avro-2020"nin seçmə mərhələsinin ilk iki turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adlarını açıqlayıb.
Sportline.az xəbər verir ki, seçmə komandamızda Riçard Almeyda ("Qarabağ") hamını qabaqlayıb. Onun Xorvatiya ilə görüşdəki performansı UEFA tərəfindən 354 xalla qiymətləndirilib. Millimizin üzvlərinin reytinqində ikinci sırada 287 xalla Bədavi Hüseynov ("Qarabağ"), üçüncü yerdə isə 251 xalla hələlik seçmə mərhələdə yeganə qolumuzun müəllifi Ramil Şeydayev ("Krılya Sovetov") yer alıb.
Qeyd edək ki, R. Almeyda ümumi sıralamada 174-cü olub. İlk üçlükdə isə müvafiq olaraq, Antuan Qrizmann (Fransa), Memfis Depay (Hollandiya) və Serxio Ramos (İspaniya) qərarlaşıb.