UEFA "Qarabağ"ın gəlirini açıqladı

UEFA 2017/18 mövsümü üçün Çempionlar Liqası iştirakçılarının gəlirlərini açıqlayıb.

Sportline.az  qurumun saytına istinadən xəbər verir ki, ötən mövsüm ÇL-in qrupunda oynayan Azərbaycan çempionu “Qarabağ”ın ümumi gəliri 16 milyon 819 min avro təşkil edib.

Ağdam klubu göstərilən məbləğin 2 milyonunu pley-offa, 12 milyon 700 min avronu qrupa vəsiqə qazandığına görə qazanıb. Daha 1 milyon gəlir qrupdakı nəticələrə (iki heç-heçə), 1 milyon 119 min avro isə marketinq gəlirlərinə görə əldə edilib.

Xatırladaq ki, "Qarabağ" Çl-i qrupunda "Çelsi" (İngiltərə), "Roma" (İtaliya) və "Atletiko" (Madrid) klubları ilə mübarizə aparıb. Komanda 6 oyundan 2 xalla ("Atletiko" ilə hər iki matçda heç-heçə) qrupda sonuncu yeri tutub.