UEFA "Qarabağ"ın rəqibini cəzalandırdı

UEFA Portuqaliyanın "Sportinq" klubunu "Qarabağ"la  Avropa Liqasının qrup mərhələsinin ilk oyununda 3000 nəfərlik sektora bilet satmaqdan məhrum edib. 

Sportline.az xəbər verir ki, qurumun intizam komitəsi belə qərar qəbul edib. Buna aprelin 12-də "Atletiko" ilə Avroliqanın 1/4 final oyununda azarkeşlərin hakimlərə yad əşyalar atması səbəb olub. UEFA-nın qərarına əsasən, "Qarabağ"la oyun zamanı "Joze Alvelade" arenasının Mərkəzi Qərb hissəsindəki A1 - A7 və B1 - B3 sektorları boş qalacaq.  

Qeyd edək ki, sentyabrın 20-ə təyin olunan oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.