UEFA "Qarabağ"la bağlı qərar verdi

UEFA "Qarabağ"la bağlı yeni qərar verib.

Sportline.az xəbər verir ki, Avropa futbol qurumu Ağdam klubunun Luksemburqda "Düdelanj"la keçirdiyi oyun zamanı baş verən "dron təxribatı"nı əsas götürüb.

Odur ki, təşkilat "Qarabağ"ın noyabrın 7-də Avropa Liqasının 4-cü turu çərçivəsində APOEL-lə keçirəcəyi səfər oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.

UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı görüşün təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.