UEFA "Qarabağ"la "Neftçi"nin potensial rəqiblərini açıqladı

Avqustun 5-də UEFA-nın Nyondakı qərargahında Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportline.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14.00-da başlanacaq püşkatmada ÇL-in üçüncü təsnifat mərhələsinin APOEL - “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək. Öncədən məlumat verildiyi kimi, bu cütlük səpələnməmişlər səbətində yer alacaq və rəqibi səpələnmişlər səbətindəki aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:

PAOK (Yunanıstan) - «Ayaks» (Hollandiya)

ÇFR (Rumıniya) - «Seltik» (Şotlandiya)

«Srvena zvezda» (Serbiya) - «Kopenhagen» (Danimarka)

«Dinamo» (Xorvatiya) - «Ferensvaroş» (Macarıstan)

APOEL - “Qarabağ” cütünün məğlubu isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu zaman həmin komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində yer alan, Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq:

«Sutyeska» (Çernoqoriya) - «Linfild» (Şimali İrlandiya)

«Ludoqorets» (Bolqarıstan) - TNS (Uels)

«Sarayevo» (Bosniya və Herseqovina) - BATE (Belarus)

«Astana» (Qazaxıstan) - «Valletta» (Malta)

«Slovan» (Slovakiya) - «Dandolk» (İrlandiya)

Avroliqadakı digər təmsilçimiz “Neftçi” isə İsrailin “Bney Yehuda” komandasını keçəcəyi halda, pley-offda səpələnməmişlər səbətində yer alacaq və "səpələnmişlər"dəki aşağıdakı bu cütlüklərdən birinin qalibi ilə görüşəcək:

«Antverpen» (Belçika) - «Viktoriya» (Çexiya)

«Brondbü» (Danimarka) - «Braqa» (Portuqaliya)

«Vaduts» (Lixtenşteyn) - «Ayntraxt» (Almaniya)

«Malmö» (İsveç) - «Jrinski» (Bosniya və Herseqovina)

«Partizan» (Serbiya) - «Malatyaspor» (Türkiyə)

Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-i, Bakı vaxtı ilə saat 15.30-da başlanacaq.