UEFA Ramosu cəzalandırdı

UEFA "Real"ın müdafiəçisi Serxio Ramosu cəzalandırıb. 

SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"a qarşı görüşdə qəsdən sarı vərəqə "qazanması" səbəb olub. 

UEFA futbolçuya 1500 avro cərimə və əlavə bir oyun da cəza kəsib.

Beləliklə, "Real" mərhələni adlayacağı təqdirdə, S.Ramos 1/4 finalın ilk oyununda da komandasına kömək edə bilməyəcək.