UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, nəticələr ölkəmizin mövqeyinə təsir etməyib. Azərbaycan 17.500 xalla  26-cı pillədə qalıb. Ölkəmizdən 1 pillə irəlidə olan Qazaxıstanın 18.500 xalı var.

Qeyd edək ki, bu gün təmsilçimiz "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə qarşılaşacaq.