UEFA reytinqi: Qazaxıstan Azərbaycanı qabaqladı

Ötən gün Avropa Liqasında keçirilən görüşlər UEFA reytinqinə də təsir edib. SportLine.az xəbər verir ki, "Astana"nın qələbəsi, "Qarabağ"ın məğlub olması Qazaxıstanın Azərbaycanı keçməsi ilə nəticələnib. 

Xallar bərabər olsa da (18,500) əlavə göstəricilərdə Azərbaycanı üstələyən Qazaxıstan 26-cı pilləyə qalxıb. 

25. İsrail - 18,625
26. Qazaxıstan - 18,500
27. Azərbaycan - 18,500
28. Bolqarıstan - 16,500

Qeyd edək ki, siyahıya 89,712 xalla İspaniya başçılıq edir. İngiltərə 67,748 xalla ikinci, İtaliya 67,725 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə isə 32,200 xalla 10-cudur.