UEFA reytinqində geriləməyizin fəsadı

Avrokubokların 2020/21 mövsümü üçün komandaların ölkələr üzrə bölgüsü açıqlanıb.

Sportline.az xəbər verir ki, Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək klubların 4-ü də mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Premyer Liqanın qalibi Çempionlar Liqasının ilk raundundan, 2-ci və 3-cü yerin sahibləri isə Avropa Liqasının I təsnifat mərhələsindən start verəcək.

Ötən mövsüm II raunddan başlayan kubok qalibi də I mərhələdə oynamalıdı. Bu, ölkənin UEFA reytinqində geriləməsi ilə baş verib. 2018-ci ilin yayında UEFA-nın reytinqində 23-cü yerdə olan Azərbaycan bu mövsüm klubların uğursuz çıxışı səbəbilə 3 pillə geriləyərək, 26-cı yerə düşüb.