UEFA reytinqində mövqeyimiz

Avrokubokların I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.
 
Sportline.az xəbər verir ki, Avroliqanın birinci mərhələsində "Sperantsa"ya qalib gələn (3:0) "Neftçi" ölkəmizin aktivinə 0.250 xal yazdırıb.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Partizani" (Albaniya) ilə qolsuz heç-heçə edən "Qarabağ" 0.125 xal əlavə edib.

Avroliqanın 1-ci təsnifat mərhələsində "Universitatya"ya (Rumıniya) uduzan (2:3) "Səbail" isə xal ehtiyatımızı artıra bilməyib.

Bu nəticələrdən sonra Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırıb. Ancaq ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.