UEFA Ronaldunun cəzasını açıqladı
Çempionlar Liqasının ilk turunda "Valensiya"ya qarşı görüşdə qırmızı vərəqə ilə meydandan qovulan Kriştianu Ronaldunun cəzası müəyyənləşib. SportLine.az xəbər verir ki, UEFA-nın İntizam Komitəsi portuqaliyalıya bir oyunluq cəza verib.
Beləliklə, K.Ronaldu "Yuventus" - "Yanq Boyz" matçında kənarda qalacaq. 3-cü tur çərçivəsində keçiriləcək "Mançester Yunayted" - "Yuventus" görüşündə isə futbolçu sabiq komandasına qarşı mübarizə apara biləcək.