UEFA Rusiya klubunu avrokuboklardan kənarlaşdırdı
UEFA Rusiyanın "Rubin" klubunu cəzalandırıb. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Kazan təmsilçisi növbəti iki mövsümdə Avropa futbol qurumunun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcək. Qərarı UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Məhkəmə Palatası qəbul edib.
"Rubin" 2014-cü ildə maliyyə şəffaflığına riayət etmədiyi üçün sanksiya ilə üzləşib. Reqlamentə əsasən, cəza alan klub sınaq müddətində tam şəkildə maliyyə "fair play” qaydalarına əməl etməlidir. "Rubin” isə 2017/2018 mövsümündə öhdəliklərini düzgün yerinə yetirməyib.
Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.