UEFA Rusiya klubunu cərimələdi
UEFA Moskvanın MOİK klubunu cərimələyib. SportLine.az xəbər verir ki, buna Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Srvena Zvezda"ya qarşı keçirilən oyunda yaşananlar səbəb olub.
Serbiyada keçirilən görüşdə rusiyalı azarkeşlərin qeyri-etik hərəkətləri klubun cərimələnməsinə gətirib çıxarıb.
Qərara əsasən, MOİK UEFA-ya 30 min avro ödəməlidir.
Qeyd edək ki, "Srvena Zvezda" - MOİK matçında hesab açılmayıb.