UEFA VAR-a "hə" dedi
UEFA bayrağı altında təşkil olunan yarışlarda videotəkrar sitemindən (VAR) istifadə olunacaq.
SportLine.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Qərar əsasən, VAR sistemi növbəti (2019/2020) mövsümündən etibarən Çempionlar Liqasında tətbiq ediləcək. Sistemdən növbəti mövsümün "pley-off" mərhələsindən istifadə olunması nəzərdə tutulub.
Həmçinin, UEFA Superkubokunda da növbəti il VAR olacaq.
Avropa Liqasında 2020/2021 mövsümündən etibarən sistemdən istifadə ediləcək.
Avro-2020-də və Millətlər Liqasının 2021-ci ildəki oyunlarında da hakimlər VAR-a arxalanacaqlar.