Uels - Azərbaycan görüşünün hakimi açıqlandı
Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Uels - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, matçın baş hakimi Malta Futbol Federasiyasından Trustin Farrucia Kann olacaq.
Ona həmyerliləri Alan Kamilyeri və Luke Portelli kömək edəcək. Dördüncü hakim funksiyasını Alan Mario Sant yerinə yetirəcək.
Qeyd edək ki, Kardiffdə keçiriləcək Uels - Azərbaycan matçı sentyabrın 6-sı Bakı vaxtı ilə 22:45-də başlanacaq.