Uels millisində növbəti itkilər

AVRO-2020-nin seçmə mərhələsində son oyunlarını Azərbaycan və Macarıstana qarşı keçirəcək Uels seçməsinin heyətində növbəti itkilər var.

Sportline.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz, daha iki futbolçunun xidmətindən məhrum olacaq.

Belə ki, "Derbi"nin hücumçusu Tom Laurens və "Lester"in qapıçısı Denni Uord iştirak ərizəsindən çıxarılıb. Forvard səhhətində problem yarandığı üçün Bakıya gətirilməyəcəksə, Uord şəxsi işləri ilə əlaqədar məşqçilər korpusundan icazə alıb.

Bir neçə gün əvvəl "Aston Villa"nın müdafiəçisi Neyl Teylor da şəxsi işlərinə görə, heyətdən kənarlaşdırılmışdı. "Suonsi"nin müdafiəçisi Co Rodan isə əməliyyat olunduğu üçün Giqqz tərəfindən dəvət edilməmişdi.

Qeyd edək ki, sabah Bakıda Azərbaycan millisinin qonağı olacaq Uels, noyabrın 19-da Kardiffdə Macarıstanı qəbul edəcək.