Uelsin daha bir futbolçusu Bakıya gəlməyəcək

Uels millisi Azərbaycan və Macarıstan komandaları ilə, AVRO-2020-nin seçmə mərhələ oyunları ərəfəsində daha bir itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, söhbət Nil Teylordan gedir. “Aston Villa”nın 30 yaşlı müdafiəçinin şəxsi işləri ilə əlaqədar Bakıya gətirilməyəcəyi bildirlir.

Onunla yanaşı, yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”, İngiltərə), Co Uilyams (“Sanderlend”, İngiltərə) və müdafiəçi Co Rodon (“Suonsi”, Uels) zədə üzündən heyətdə yer almayıb. Co Allen (“Stok Siti”, İngiltərə) isə cəza üzündən millimizlə oyunda iştirak etməyəcək. 

Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels görüşü, saat 21:00-da başlanacaq.