Uelsli futbolçu millimizdən danışdı

"Azərbaycanla oyuna yeni başlanğıc kimi baxırıq. Hamımız meydana çıxmağı səbirsizliklə gözləyirik".

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Uels yığmasının futbolçusu Tom Laurens Avro-2020-nin seçmə mərhələsində millimizlə oyun öncəsi deyib.

O, komandanın kapitanı Qaret Beyl haqda müsbət fikirlər də səsləndirib: "O, dünyanın ən yaxşı futbolçularından biridir. Beylin Uels üçün meydana çıxması əlavə üstünlükdür. O, həmişə bizə kömək edir. Hər şeyi Beylin öhdəsinə buraxa bilmərik. Digər oyunçular da komandaya kömək etməlidilər".

Qeyd edək ki, Uels - Azərbaycan görüşü sabah Bakı vaxtı ilə 22:45-də başlayacaq.