"Ufa" daha bir azərbaycanlı futbolçunu heyətə qatdı

Rusiyanın “Ufa” klubu  Moskva “Spartak”ının yetirməsi olan 19 yaşlı azərbaycanlı futbolçu Turqay Möhbalıyevi transfer edib. 
 
Sportline.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, onunla uzunmüddətli müqavilə imzalanıb.
 
Qeyd edək ki,  Naxçıvanda dünyaya gələn müdafiəçi ötən mövsüm "Spartak"ın gənclər komandasında 28 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib. O, həmçinin Rusiyanın U-19 komandasında 4 oyunda iştirak edib.

Xatırladaq ki, “Ufa”nın əsas komandasında digər azərbaycanlı futbolçu Azər Əliyev də forma geyinir. (qol.az)