Ufuk Budak "Samsunspor"la rəsmən vidalaşdı

Azərbaycan millisinin üzvü Ufuk Budak "Samsunspor"la yollarını rəsmən ayırıb. SportLine.az xəbər verir ki, bu barədə lub prezidenti Ahmet Güral Karayılmaz samsunhaber.com-a açıqlamasında məlumat verib.

O, 28 yaşlı sol cinah müdafiəçisi ilə yanaşı, Gökay İravul, Muhammet Beşir, Kenan Karışık, Ahmet Cebe ilə də vidalaşdıqlarını söyləyib.

Qeyd edək ki, Ufuk Budak zədə səbəbindən son matçlarda meydana çıxmayıb. "Samsunspor”la müqavilə müddəti başa çatan Budak ötən həftə komanda yoldaşları ilə vidalaşaraq, ailəsinin yaşadığı Almaniyaya dönüb. Cari mövsümü 36 xalla 16-cı pillədə başa vuran "Samsunspor” II liqaya düşüb.