Ufuk Budak yeni klubunda debüt etdi

Azərbaycan millisinin üzvü Ufuk Budak "Boluspor"un heyətində ilk rəsmi oyununa çıxıb.

SportLine.az xəbər verir ki, Türkiyə I Liqasında çıxış edən klub səfərdə "Afyonspor"la üz-üzə gəlib. Görüş "Boluspor"un qələbəsi ilə yekunlaşıb - 1:0.

U.Budak 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Boluspor” 4 turdan sonra 12 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.