Ufuk Budakın yeni klubu müəyyənləşdi
Milli komandamızın üzvü Ufuk Budaqın yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu Türkiyə 1-ci liqasında yarışan "Boluspor”la anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsümü "Samsunspor”da keçirən Ufuk Budak, əvvəllər "Manisaspor”, "Kayserispor” və "Qaziantep BB” kimi klubların da formasını geyinib.