Ukrayna klubu bütün müsabiqələrdən kənarlaşdırılıb

Ukraynanın ikinci liqasında mübarizə edən "Sumı" klubu bütün müsabiqələrdən kənarlaşdırılıb.

Sportline.az xəbər verir ki, Ukrayna Futbol Federasiyasının Nəzərət və İntizam Komitəsi komandanı peşəkar statusdan məhrum edib. Buna səbəb isə, klubun oyunların nəticələrini manipulyasiya etməsi olub.

Qeyd edək ki, "Sumı" komandası Ukraynanın ikinci liqasında 19 turdan sonra 15 xalla 13-cü yerdə idi.