Ulduz futbolçu Azərbaycanla oyunları buraxacaq

Uels millisinin və "Yuventus"un futbolçusu Aaron Remzi  Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla rəsmi oyunu və Belarusla  yoxlama matçını buraxmalı olacaq.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, zədə səbəbindən seçmənin heyətindən kənarlaşdırılıb. "Yuventus"un yarımmüdafiəçisinin əvəzinə milliyə U-21 yığmasının üzvü Dilan Levitt çağırılıb.

Qeyd edək ki, Uels sentyabrın 6-da Azərbaycan millisini qəbul edəcək. Komanda 4 gün sonra Belarusla yoxlama görüşü keçirəcək.