Ulduz futbolçu "Qarabağ"la oyuna çıxacaq

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın ilk rəqibi olacaq "Sportinq"in ulduz futbolçusu Naninin zədəsini sağaltdığı bildirilir.  

Sportline.az xəbər verir ki, bir müddət komandadan kənarda qalan təcrübəli yarımmüdafiəçi, artıq kollektivlə məşqlərə başlayıb. O, "Qarabağ"la oyunda meydana çıxmağa hazırdır.  

Portuqaliya klubunun digər aparıcı futbolçusu Bas Dostun "Qarabağ"a qarşı oynayacağı isə, dəqiq deyil. Bununla belə, hollandiyalı hücumçunun ölkə çempionumuzla görüşə çıxma ehtimalı da istisna edilmir. 

Qeyd edək ki, Lissabonun "Joze Alvalade" arenasında keçiriləcək "Sportinq" - "Qarabağ" matçı sentyabrın 20-də Bakı vaxtı ilə 23-00-da başlanacaq.