Ulduz futbolçunun zarafatı ona baha başa gəldi

İngiltərə Futbol Federasiyası "Mançester Siti"nin futbolçusu Bernardo Silvanı 1 oyunluq cəzalandırıb.

Sportline.az "BBC"yə istinadən xəbər verir ki, buna onun komanda yoldaşı Benjamin Mendi ilə zarafat etməsi səbəb olub.

Portuqaliyalı yarımmüdafiəçi “Tvitter” hesabında Benjamin Mendinin uşaqlıq şəklini və bir şokolad markasının maskotunu paylaşaraq, izləyicilərinə “kim olduğunu təxmin edin” sualını ünvanlayıb. Qurum Silvanı irqçilikdə ittiham edərək ona 1 oyunluq cəza tətbiq edib. Bundan başqa, 25 yaşlı futbolçu 50 min funt sterlinq məbləğində cərimələnib.