Ümit Özat "Sabah"a gələcəkmi?

Son günlər mətbuatda “Sabah” klubunun Ümit Özatı baş məşqçi postuna gətirəcəyi haqda xəbərlər yayılıb.

Sportline.az xəbər verir ki, “NTV Spor”un iddiasına görə, “Sabah” rəsmiləri son olaraq “Adana Dəmirspor”u çalışdıran Ümit Özatla görüşmək üçün İstanbula yollanıblar.

“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov isə, Özatla heç bir danışıqlar aparmadıqlarını bildirib:

“Biz klub olaraq hazırda Ümit Özatla danışıq aparmırıq. Klub rəsmilərindən də heç kim Türkiyəyə danışıq aparmaq üçün getməyib”.