Ümit Özat: "Sabah"la sıx təmasımız oldu"

Son günlər adı "Sabah"la yanaşı çəkilən türkiyəli məşqçi Ümit Ozat məsələyə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, o, "Radyospor"a açıqlamasında Bakı klubu ilə danışıq apardığını təsdiqləyib.

Qeyd edib ki, "Sabah"a keçidi mümkündür: "Azərbaycanın "Sabah" klubu ilə sıx təmasımız oldu. Bizim də bəzi gözləntilərimiz var. Hətta "Sabah"ın oyunlarını da izlədim. Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə xaricində bir günə həll olunmur.  "Sabah"la ötən həftə danışığımız olmuşdu. Doğru seçim etmək lazımdır. Azərbaycanın da doğru ölkə olduğunu düşünürəm".

Qeyd edək ki, Ü.Ozat son olaraq "Adana Demirspor"u çalışdırıb.