"Yunion Berlin" tarixində ilk dəfə Bundesliqada

"Ştutqart" və "Yunion Berlin" komandaları Bundesliqaya vəsiqə uğrunda pley-offun cavab görüşünə çıxıblar.

Sportline.az xəbər verir ki, ölkə çempionatını 16-cı pillədə bitirən "Ştutqart" doğma meydanda aşağı dəstə təmsilçisi "Yunion Berlin"lə 2:2 hesablı heç-heçə etmişdi. Cavab matçında qol vurulmayıb. 

Bununla da, Berlin təmsilçisi səfərdə vurduğu qollara görə Bundesliqaya vəsiqə qazanıb. Bu, 1966-cı ildə yaradılan "Yunion Berlin"in tarixində ilk olub.