"Uotford" - "Sauthempton" matçında rekord

İngiltərə çempionatının 31-ci turundan təxirə salınan "Uotford" - "Sauthempton" matçında Premyer Liqanın ən erkən qolu vurulub.

Sportline.az xəbər verir ki, qonaqların hücumçusu Şeyn Lonq matçın 7,69-cu saniyəsində fərqlənib. Lonqdan öncə "Tottenhem"im sabiq müdafiəçisi Ledli Kinq 2000/2001-ci il mövsümündə "Bredford"la oyunun 9,82-ci saniyəsində qol vurub.