Uruqvay millisi Rusiyaya bu heyətlə yollanır

DÇ-2018-də iştirak edəcək Uruqvay millisinin yekun heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, baş məşqçi Oskar Tabarez Rusiyada bu "23-lüy"ə güvənəcək:

Qapıçılar: Fernando Muslera ("Qalatasaray"), Martin Silva ("Vasko da Qama"), Martin Kampanya ("İndependente")

Müdafiəçilər: Martin Kaseres ("Latsio"), Qilermo Varela ("Penyarol"), Sebastyan Koates ("Sportinq" Lissabon), Qaston Silva ("İndependente"), Maksi Pereyra ("Portu"), Dieqo Qodin, Xose Himenes (hər ikisi "Atletiko").

Yarımmüdafiəçilər: Lukas Torreyra ("Sampdoriya"), Matias Vesino ("İnter"), Rodriqo Bentankur ("Yuventus"), Naitan Nandes ("Boka Xuniors"), Karlos Sançes ("Monterrey"), Kristian Rodriqes ("Penyarol"), Dieqo Laksalt ("Cenoa"), Corcian De Arraskaeta ("Kruzeyro")

Hücumçular: Xonatan Urretaviskayya ("Monterrey"), Maksi Qomes ("Selta"), Edinson Kavani (PSJ), Luis Suares ("Barselona"), Kristian Stuani ("Jirona")

Qeyd  edək ki, Uruqvay seçməsi "A" qrupunda Misir, Səudiyyə Ərəbistanı və Rusiya ilə mübarizə aparacaq.