Uruqvay millisinin üzvü "Arsenal"da
Uruqvay millisinin futbolçusu Lukas Torreyra karyerasını Premyer Liqada davam etdirməyə yaxındır. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi "Arsenal"la razılığa gəlib.
Onun tibbi müayinədən keçmək üçün İngiltərəyə yola düşdüyü bildirilir.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2016-cı ildən "Sampdoriya"nın şərəfini qoruyurdu.