Uruqvay Portuqaliyanı dayandırdı

DÇ-2018-də "pley-off" həyəcanı başlayır. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Fransa - Argentina dueli ilə yanaşı, futbolsevərlər Uruqvay - Portuqaliya matçına da şahidlik edəcəklər.

"A" qrupunda maksimum nəticə göstərən Cənubi Amerika təmsilçisi uğurun davamını pireneylilərlə görüşdə gətirmək niyyətindədirlər. Ronaldu və komanda yoldaşları da meydana 1/4 finala vəsiqə qazanmaq üçün çıxacaq.

Soçidə təşkil olunacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Qarşılaşmanı Meksikadan Sezar Arturo Ramos Palazuelos idarə edəcək.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Fransa - Argentina duelinin güclüsünə rəqib olacaq.


30 iyun 2018
DÇ-2018
1/8 final

Uruqvay - Portuqaliya - 2:1
QOLLAR:
Edinson Kavani, 7 (1:0); Pepe, 55 (1:1); Edinson Kavani, 62 (2:1)

CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ |
 Kriştianu Ronaldu, 90+4 (Portuqaliya)

ƏVƏZETMƏLƏR:
Rodriqo BentankurKristian Rodrigez,
63 (Uruqvay)
Adrien Silva Rikardu Kuareşma, 65 (Portuqaliya)
Qonçalo Quedeş Andre Silva, 74 (Portuqaliya)
Edinson Kavani (zədə) Kristian Stuani, 74 (Uruqvay)
Nahitan NandezKarlos Sançez, 81 (Uruqvay)
Joao Mario Manuel Fernandes, 84 (Portuqaliya)

Uruqvay: Muslera, Kaseres, Ximenes, Qodin, Laşalt, Vesino, Bentankur, Torreyra, Nandes, Suares, Kavani

Portuqaliya: Patrisiu, Rikardu, Pepe, Fonte, Qerreyro, Karvalyu, Mariu, Adriyen Silva, Bernard Silva, Ronaldu, Quedeş

Hakimlər: Sezar Arturo Ramos Palazuelos, Marvin Torrentera, Migel Hernandez (hamısı Meksika), Jair Marrufo (ABŞ)
"Fişt Olimpiya Stadionu", Soçi