Uruqvaya qalib gələn Peru yarımfinalda

Amerika kubokunda yarımfinalçılar məlum olub.

Sportline.az xəbər verir ki, 1/4 final mərhələsinin son matçında Uruqvay Peru ilə qarşılaşıb. Oyunun əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn Peru yarımfinala yüksəlib.

Yarımfinal mərhələsində Braziliya Argentina ilə, Peru Çili ilə üz-üzə gələcək.

3 iyul

04:30 Braziliya - Argentina

4 iyul

04:30 Çili - Peru